Son dövrlərdə Suriyanın şimalından terrorçular tərəfindən Türkiyəyə hücumlar artıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Xüsusilə Münbiç və Tel-Rifat bölgəsində hücumlar edilir. Bu hücumlara qarşı bütün qüvvələrimizə cavab veririk. Ümumilikdə, “Pəncə-Kilid” əməliyyatlarında 277 terrorçu məhv edilib”.