Bu hücumu İran həyata keçirib – İsrail

Bu hücumu İran həyata keçirib – İsrail

İsrailin Baş naziri Benyamin Netanyahu İranı ötən həftə Fars körfəzində neft tankerinə hücum etməkdə ittiham edib.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib:

“Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum etdi və beynəlxalq naviqasiya azadlığına zərbə vurdu”.

Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəbistan dənizində tankerin təyyarənin hücumuna məruz qaldığını təsdiqləyib.

Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib.

Teqlər: