Əgər Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya hücuma cəsarət etsə, bu, dörd regionu – Volın, Rovno, Ternopil və Lvovu hərbi əməliyyatlarla təhdid edəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert vurğulayıb ki, Belarusun Ukraynaya mümkün müdaxiləsinin məqsədi Ukrayna Silahlı Qüvvələri üçün Qərb silahlarının tədarükünü dayandırmaq cəhdi ola bilər:
“Ukraynanın qərbinə hücum cəhdi Belarus ordusu üçün ölüm deməkdir. Məsələ burasındadır ki, onlar rus işğalçıları ilə birləşsələr də, işğalçılarla birlikdə orada öləcəklər”.