Bu hərbi texnikanı Bakıya aparmaq istəyirik – Akif Nacar

Bu hərbi texnikanı Bakıya aparmaq istəyirik – Akif Nacar

“SAHA EXPO” sərgisi iki ildən bir keçirilir. Hazırda isə sərgidə Türkiyə 550, xarici şirkətlər isə 350-yə yaxın məhsulunu nümayiş etdirir.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Türkiyənin siyasi və hərbi nüfuzu baxımından belə tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib:

“Eyni zamanda iki baş nazir və otuza yaxın ölkənin müdafiə naziri sərgi çərçivəsində ölkəmizin qonağıdır. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da ən önəmli qonaqlar sırasındadır. Belə sərgilər zamanı həm yeni məhsulları görmək, həm də yeni əməkdaşlıqlar, müqavilələrlə bağlı ilkin şifahi razılıqlar əldə etmək imkanı yaranır. Bütün hallarda ölkəmizin hərbi sənaye gücünün inkişafını göstərmək üçün belə tədbirlərin keçirilməsi xüsusilə önəmlidir”.

Türkiyənin HAVELSAN şirkətinin müdiri Akif Nacar isə verdiyi açıqlamada Azərbaycanla əlaqələrdən bəhs edib:

“Türkiyənin Azərbaycanla müdafiə sənayesindəki əlaqələri çoxşaxəli xarakter daşıyır. HAVELSAN da bu əlaqələrin önəmli bir parçasıdır. Şirkətimizin artıq Bakıda ofisi fəaliyyət göstərir. Hazırda burada nümayiş etdirdiyimiz “Kapqan” zirehli maşını 600 kiloqramadək faydalı yük daşıya bilir, onun üzərinə otuz mm-lik avtomatik pulemyot quraşdırılıb. Zirehli maşınımız insansız hərbi texnikalar sırasına daxildir. “Kapqan”ı yaxın zamanda Can Azərbaycana da aparmaq niyyətimiz var. Qardaşlarımızın da bu və digər məhsullarımızdan istifadə etməsini çox istəyirik. Əlaqələrimiz hər keçən gün daha da dərinləşir və güclənir, bu istiqamətdə qarşılıqlı fəaliyyət planlarımız mövcuddur”.

Teqlər: