Bu həftə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Xəbər - Çingiz Səfərli – Trend:

Sentyabrın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Respublika üzrə pensiyalar isə sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödənilib.


Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.

Twitter:@cingizsafarli

Teqlər: