Bu həftə 96 hektar ərazi minadan təmizlənib

Xəbər - Samir Əli – Trend:

Avqustun 9-dan 14-dək 96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 76 piyada əleyhinə mina, 5 tank əleyhinə mina və 194 partlamamış hərbi sursat aşkarlanıb.


Twitter: @GuleliyevSamir

Teqlər: