Bu hadisə dünən baş verməyib, 15 ildir belədir – Nazir kənd məktəblərindəki problemdən danışdı

Biz başa düşməliyik ki, 15-20 il əvvəl təhsildə buraxdığımız
səhvlərin nəticələri acı olur.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
keçirdiyi birifinqdə xüsusən kənd məktəblərində dərs saatın az
olması və müəllimlərin az maaş alması ilə bağlı sualı
cavablandırarkən deyib

Onun sözlərinə görə, hansısa kənd məktəbində 24 saatlıq fizika
dərsi var, həmin məktəbdə isə 6 fizika müəllimi var. Bu zaman
əlbətdəki həmin müəllimlərin əməkhaqqıları aşağı olacaq.

“Bu faktdır, bu hadisə dünən baş verməyib, bu 15 ildir belədir.
24 saatlıq fizika dərsi olan məktəbdə 5-6 fizika müəllimi varsa,
həmin fizika müəllimlərinin maaşı həmişə aşağı olacaq. Kimsə o vaxt
həmin müəllimləri işə götürüb, biz indi bu prosesi tənzimləyirik”,
– deyə o əlavə edib.

Teqlər: