Xəbər - Samir Əli – Trend:
Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5672 nəfərə şamil olunub
AzerTimes-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib.
“Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117770 şəxsə şamil edilib. Zəfər Günü münasibətilə həyata keçiriləcək amnistiya dövlətin hümanist siyasətinin növbəti təzahürüdür.