Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var

Xəbər - Samir Əli – Trend:

Bakıda güclü külək nəticəsində balkon uçub.

AzerTimes-ın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının balkonunda baş vermiş uçqun nəticəsində ərazidən keçən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Şıxəliyeva Diana Xəyal qızı baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a faktı təsdiqləyib.

Teqlər: