Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub

Xəbər - Samir Əli Trend:

Bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiya olunub. Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib

Məlumatda bildirilir ki, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb:

“Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstər olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər”.

Məlumatda qeyd edilib ki, bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.

Teqlər: