Azərbaycanın Qarabağ bölgəsi minalarla çirklənməsinə görə
dünyada ilk pillələrdə dayanır.
AzerTimes-ın məlumatına görə, bunu ANAMA-nın sədri Vüqar Süleymanov
Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə
beynəlxalq konfransın açılışında çıxışı zaman deyib.
O qeyd edib ki, problemin miqyasına uyğun olaraq post-münaqişə
dövründə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi
prioritet olaraq dayanır. “Bu məsələ Azərbaycan Prezidenti İlham
Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə geniş işlər
görülür. Minaları basdırmaq lakin onları təmizləmək çətindir”, –
deyə o bildirib.
V.Süleymanov qeyd edib ki, 10 noyabrdan bu günə qədər 25 min
hektardan çox ərazi minalardan təmizlənib, 55 mindən çox mina və
partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.