Bu gündən bu şəxslər toylara buraxılmayacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu gündən toy mərasimlərində peyvənd sertifikatına dair tələb
dəyişir.

Trend-in məlumatına
görə, bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Əvvəlki qaydaya əsasən150 nəfərə qədər şəxsin iştirakı ilə
təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı
bütün qonaqların COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları
və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə
təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş sertifikatı olmalı idi.

Bu gündən isə COVID sertifikatlarının etibarlılıq müddəti
COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat
üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının
istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1
dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19
xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik
olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən
sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması
nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Beləliklə, bununla əlaqədar 150 nəfərə qədər şəxsin iştirakı ilə
təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı
bütün qonaqlara münasibətdə də yeni tələb qüvvədə olacaq.

Teqlər: