Bu gün sonuncu Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Trend xəbər verir ki, sonuncu Qədr gecəsi mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Teqlər: