Bu gün Şirvanda qaz kəsiləcək

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu gün Şirvan şəhərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Trend-in məlumatına görə, buna səbəb Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Rayon Qaz İstismarı İdarəsinin Şirvan Xidmət sahəsinin xidməti ərazisi olan M.Mirzəyev küçəsindən keçən 108 mm-lik qaz xəttinin yeraltı keçid hissəsində aşkarlanan yüksək həcmli sızmandır.


Sızmanın qarşısının alınması məqsədi ilə təmir bərpa işlərinin aparılması üçün qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Teqlər: