Bu gün ölkədə 23 mindən çox ağac əkildi

Bu gün ölkədə 23 mindən çox ağac əkildi

Ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri yağışlı hava şəraitinin olmasına baxmayaraq, bu gün də davam edib.

AzerTimes xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O qeyd edib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Qusar və Siyəzən rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin 3 hektar sahəsində 4 min 800 ağac əkilib, 320 kiloqram toxum səpilib.

“Eyni zamanda, meşəbərpa tədbirləri Sabirabad, Qəbələ və Bərdə rayonlarında da keçirilib. Payız əkin planına uyğun olaraq gün ərzində, ümumilikdə 18 hektar meşə fondu torpağının açıq və seyrək ərazisində 23 min 448 ədəd müxtəlif növ ağac tingi əkilib, 400 kiloqram toxum səpilib”, – deyə İ.İbrahimova qeyd edib.

Teqlər: