Bu gün müxtəlif sahələrdə iki ölkənin yol xəritəsi cızıldı – İranlı nazir

Bu gün müxtəlif sahələrdə iki ölkənin yol xəritəsi cızıldı.

AzerTimes xəbər verir ki, bunu
İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm
Qasemi jurnalistlərə açıqlamasında deyib.

R.Qaseminin sözlərinə görə, İranın yeni hökuməti dövründə bütün
ölkələr, o cümlədən qonşu dövlətlərlə münasibətlərin
gücləndirilməsi əsas götürülüb.

“Ölkələrimizi birləşdirəcək nəqliyyat dəhlizlərinin
aktivləşdirilməsi diqqət mərkəzindədir.
İki ölkə də sərhəd-keçid məntəqələrinin fəaliyyətinin artırılmasını
qərara alıb. Ticarət, sənaye, mədəniyyət və turiz sahələrində
əlaqələrin inkişafının şahidi olacağıq”, – deyə nazir qeyd
edib.

Teqlər: