Bu gün müəllim olmaq istəyənlər imtahan verir

Xəbər - Elçin Mehdiyev – Trend:

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

İmtahanlarda gün ərzində fənlər üzrə ümumilikdə 3186 namizədin iştirakı gözlənilir.

Teqlər: