Bu gün meşə torpaqlarında 14 mindən çox ağac əkildi

Bu gün meşə torpaqlarında 14 mindən çox ağac əkildi

Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, gün ərzində meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 14 145 ədəd müxtəlif cinsli ağac əkilib:

“Yaz ağac əkini mövsümü başlayandan bugünədək 1 772 hektar meşə fondu torpaqlarında, ümumilikdə, 1 milyon 80 min ağac əkilib”.

Teqlər: