Xəbər verdiyimiz kimi, 12 fevralda Ermənistan hərbçilərinin Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığındakı mövqelərindən snayperdən açılan atəşlə əsgərimizi yaralamasına cavab olaraq bu gün DSX qisas əməliyyatı keçirib.
AzerTimes əbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərlə bağlı daha bir məlumat yayılıb.
Erməni mediası yazır ki, zərərsizləşdirilənlərdən biri – Arsen Ambartsumyan (1979-cu il təvəllüdlü) Ermənistan Baş naziri Nikol Paşinyanın qatı əleyhdarlarından imiş. Onun “Müqavimət hərəkatı”nda olduğu, Nikol Paşinyana qarşı aksiyalarda iştirak etdiyi bildirilir.
Qeyd edək ki, məhv edilən 4 şəxs “Yerkrapa” təşkilatının “könüllüləri” olub. Bu təşkilat isə Azərbaycana qarşı terrorçuluqla məşğuldur.