Bu gün “Köhnə Yeni ildir”…

Bu gün “Köhnə Yeni ildir”…

Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 13-də başlayır.

AzerTimes köhnə Yeni ilin tarixi ilə bağlı maraqlı faktları təqdim edir:

Çevrilişindən sonra Sezar təqviminə keçən Rusiyada tarixlər qarışır. İki təqvim arasında 13 günlük bir fərq var idi. Elə bu səbəbdən də ruslar Köhnə Yeni ili 13 yanvarda qeyd etməyə başlayıblar.

Hətta bu günün xristianlıqla bağlandığı da iddia olunur. Rusiya ilə yanaşı, “Köhnə Yeni il” Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro və İsveçrədə də keçirilir. Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə yanvarın 13-ü “Köhnə Yeni il” kimi qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə əlaqədardır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur.

Köhnə Yeni il müxtəlif ölkələrdə fərqli şəkildə qarşılanır. Bunun isə xüsusi səbəbləri mövcuddur. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, izdihamsız keçirilməsidir. Köhnə Yeni ili qeyd etmək adəti bəzi insanların təqvim dəyişməsini qəbul etməməsi ilə əlaqələndirilir.

Köhnə Yeni ilin qarşılanması bir çox maraqlı ənənələrlə zəngindir. Məsələn, 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsi kimi. Həmin gecə evin ən yaşlı xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir. Soba qızmamış heç kim ona əl vurmur. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirməyə başlayır. Sıyıq dadlı alınanda yeni il uğurlu və bərəkətli hesab olunurdu.

Teqlər: