Bu gün hər hansı əlavə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur – Şahmar Mövsümov

Xəbər - Samir Əli – Trend:

Bu gün hər hansı əlavə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, hazırda prosesdə fasiləsiz işləyən həkimlərimiz yorulsa da bu vəziyyətin öhdəsindən gələ bilirik:

“Əgər xəstəxanaların dolma əmsalı çox yüksək olarsa, Operativ Qərargahda növbəti mərhələlərdə məhdudiyyətlərə gedilməsi müzakirə oluna bilər. Bu gün peyvəndin təhlükəsi və effektivliyi haqqında məlumatlar verilib. Peyvəndin effektivliyini rəqəmlərdən də gördük. Artıq əlimizdə olan rəqəmlər nəzəriyyə, yaxud elmi məqalə deyil. Peyvəndin təhlükəsiz olması heç kimdə şübhə doğurmamalıdır”.

Teqlər: