Bu gün əsas məsələ peşəkar, keyfiyyətli jurnalistikanın yaradılmasıdır – Elçin Şıxlı

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün əsas məsələ peşəkar, keyfiyyətli jurnalistikanın yaradılmasıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media-platformasının təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün əsas məsələ peşəkar, keyfiyyətli jurnalistikanın yaradılmasıdır:

“Qeyri-peşəkar jurnalistikanın baş aldığı bir məqamda belə bir layihənin həyata keçirilməsi məni sevindirir. Düşünürəm ki, yaranmış yeni platforma bütün siyasi oyunların fövqündə duraraq, peşəkar və keyfiyyətli jurnalistika nümunəsi kimi iki ölkə arasında mövcud olan dərin münasibətləri daha da gücləndirəcək, genişləndirəcək. Bununla yanaşı, peşəkarlığın, keyfiyyətli jurnalistikanın nə demək olduğunu sübut edəcək”.

Teqlər: