Kəlbəcər. Humay Ağacanova -Trend:
Bu zəfər Azərbaycanındır. Bu gün atamın şəhid olduğu yaşdayam. Onun vaxtilə daşıdığı vəzifəni daşıyıram.
Bunu AzerTimes-ın Qarabağ bürosuna müsahibəsində Kəlbəcərə səfəri zamanı polis mayoru Sənan Şükürov bildirib.
28 ildən sonra ata yurduna gəldiyini qeyd edən S.Şükürov təəssüratlarını bölüşüb: “Keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Həm atam üçün, həm də mənim üçün bundan böyük ali məqam ola bilməz.”
Qeyd edək ki, bir qrup Kəlbəcər sakini 28 il sonra doğma torpaqları olan Kəlbəcərə səfər ediblər.
Səfər proqramı çərçivəsində sakinlər 1993-cü il martın 31-də Kəlbəcərdəki tuneldə ermənilərin qətliam törətdiyi əraziyə gül dəstələri qoyub, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxıb, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edib, eyni zamanda Günəşli kəndinə baş çəkiblər.