Bu gün 22 minədək IX sinif şagirdi buraxılış imtahanı verəcək

Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı
şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli,
Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab
rayonlarında və Mingəçevir şəhərində ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Trend
verilən məlumata görə, bugünkü imtahanda 21 min 790 şagirdin
iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat
10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə
çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin
özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan
binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97
ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim,
183 buraxılışı rejimi əməkdaşı (mühafizə), 97 bina nümayəndəsi cəlb
edilib.

Teqlər: