BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və
artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının
21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.
Trend xəbər verir ki, Meşələrin İnkişafı
Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Azərbaycanda bu
gün planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi
işinə töhfə verməklə qeyd olunub.
“Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu
torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 000 meşəcinsli ağac
əkilib”, – o bildirib.