Bu gecə Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır

Bu gecə Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır

Bu gecə, saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində aparılacaq qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə həmin istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmalarını tövsiyə edilir.

Teqlər: