Bu erməni “Laçın” postundan buraxılmadı, panika başladı

Bu erməni “Laçın” postundan buraxılmadı, panika başladı

Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə iddia erməni mediasında yayılıb.

Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.

“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, – deyə məlumatda bildirilir.

Teqlər: