Bu ərazilərə qar yağıb (VİDEO)

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə
yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, yağış
Sarıbaşda (Qax) 22.0 mm, Zaqatalada 14.0 mm, Balakəndə 13.0 mm,
Sədərəkdə 8.0 mm, Kürmükçay İlisuda (Qax) 7.0 mm, Ağdərədə
(Ordubad) 6.0 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 5.0 mm, Qrız, Göygöl,
Daşkəsən, Kişçayda (Şəki) 4.0 mm, Şinçay Şin (Şəki), Ləzə, Qubada
3.0 mm, Qusar, Xaltan, Ağstafa, Oğuz, Şahbuz, Şabran, Şahdağ,
Şəkidə 2.0 mm, Şərur, Xınalıq, Gədəbəy, Şəmkir, Qobustan, Göyçay,
İmişli, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Hacıqabul,
Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa,
Binə, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 32 sm, Sarıbaşda (Qax) 22 sm,
Ləzədə 4 sm, Qrızda 3 sm, Əyriçay-Başdaşağılda (Oğuz) 2 sm,
Xınalıq, Kişçayda (Şəki) 1 sm olub.

Şimal-qərb küləyi arabir Tovuzda 20 m/s, Naftalan, Tərtər,
Salyan, Gəncədə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron
yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının
məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Havanın minimal temperaturu martın 9-da Bakıda iqlim normasından
2.2° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 6°-dək isti,
Naxçıvan MR-da 3°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, aran
rayonlarında 3-5° isti olub.

Teqlər: