Avqustun 23-də Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.
Bu barədə AzerTimes-a İstehsalat Birliyindən məlumat verilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Görülən işlər Nizami rayonu üzrə 10 mindən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istilik təchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.
“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.