Cəbhənin bir çox bölgələrində gərgin döyüşlər davam edir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Cəbhənin bir çox ərazisində ağır döyüşlər davam edir – həm Xarkov vilayətində, həm cənubda, həm də Donbasda”, – prezident deyib.
Zelenski xatırladıb ki, Rusiya qoşunları bu gün yenidən Nikolayev vilayətinə, Zaporojye və Dnepropetrovsk vilayətlərinin rayonlarına, həmçinin Xarkova hücum edib.
O əlavə edib ki, ölən və yaralananlar arasında uşaqlar da var.