Bu əməliyyatlar da pulsuz olacaq – Agentlik sədri açıqladı

Xəbər - Elçin Mehdiyev – Trend:

İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq
xidmətlər var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış
xəstəliklər nəzərə alınmışdır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev
deyib.

O qeyd edib ki, bir il işlədikdən sonra biz gördük ki, xidmətlər
zərfində ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi
nəzərdə tutulmamışdı.

“Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır.
Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik.
Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən
sonra Nazirlər Kabineti onu təsdiqləyəcək, – deyə Z.Əliyev
bildirib.

Teqlər: