Bu dövlət müstəqil olmalıdır – Kreml

Bu dövlət müstəqil olmalıdır – Kreml

İsrailin Qəzzada quru əməliyyatı dəhşətli nəticələrlə doludur.

AzerTimes xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hələ də münaqişənin genişlənməsi təhlükəsi var:

“Bu, bütün region üçün tamamilə dəhşətli nəticələrlə dolu ola bilər. Bu isə daha böyük humanitar fəlakətə gətirib çıxarar. Ona görə də təbii ki, indi əsas məsələ “qaynar” müharibəni dayandırmaq, daha sonra isə konseptual olaraq nizamlanma prosesinə yeni səylərlə yanaşmaqdır. Bizə müstəqil Fələstin dövləti lazımdır, bizə İsrail və israillilər üçün təhlükəsizlik zəmanəti lazımdır, onlar sülh içində yaşamalı və özlərini təhlükəsiz hiss etməlidirlər”.

Peskov qeyd edib ki, Rusiya və Fələstin prezidentləri Vladimir Putin və Mahmud Abbas arasında görüş hazırlanır, lakin hadisələrin dinamik inkişafı səbəbindən görüşün tarixini dəqiqləşdirmək çətindir.

Teqlər: