Bu, doğrudan da zehni inqilabdır – Ərdoğan

Bu, doğrudan da zehni inqilabdır – Ərdoğan

TEKNOFEST 107 fərqli ölkədən 600 min gəncimizin yarışdığı festivala çevrilib. Tədbirin gənclərimiz tərəfindən mənimsənilməsi, doğrudan da zehni inqilabdır. “Fikrim var” deyən gənclərin xaricə getməyi düşünməsi deyil, başqa ölkələrdən gənclərin ölkəmizə axışdığı bir texnologiya mühiti qurmalıyıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Samsun vilayətində keçirilən TEKNOFEST 2022-də çıxışı zamanı bildirib.

Bu gəncliyin cümhuriyyətin bütün tarixi boyu həmişə demokratiyanın, tərəqqinin tərəfində olaraq ölkəsinin inkişafına böyük töhfə verdiyini diqqətə çatdıran Türkiyə Prezidenti 20 illik hakimiyyəti dövründə də yanlarında olan ən böyük gücün və mənəviyyat mənbəyinin məhz gənclər olduğunu qeyd edib.

“Dünən bizə müdafiə sənayesi texnologiyası məhsullarını maddi gəlir qarşılığında verməyən ölkələrə indi biz öz məhsullarımızı ixrac edirik. Bütün dünyada texnoloji nailiyyətlərinin öndə gedəni müdafiə sənayesidir. Ölkəmiz pilotsuz uçuş aparatları, müdafiə sənayesi ilə yanaşı logistikadan kənd təsərrüfatına qədər bir çox sahə üzrə öz yerini tutmağa başlayıb. Bu gün müdafiə sənayesi üzrə tələbatımızın 80 faizini yerli və milli imkanlarla təmin edirik”, – Ərdoğan söyləyib.

Teqlər: