Bu binadan Rəsulzadənin sözləri niyə silindi? – Foto

Bu binadan Rəsulzadənin sözləri niyə silindi? – Foto

“20 Yanvar” metrostansiyasının yaxınlığındakı binadan “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri və bayraq götürülüb.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən binada təmir-bərpa işləri aparılır:

“Yazılar təmirlə əlaqədar olaraq götürülüb və işlər yekunlaşandan sonra bərpa ediləcək”.

Qeyd edək ki, sözügedən binada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzi fəaliyyət göstərir.

Teqlər: