Bu azərbaycanlılar da ölkəmizə qarşı oyuna qoşulub

Bu azərbaycanlılar da ölkəmizə qarşı oyuna qoşulub

12-14 sentyabr tarixlərində Ermənistanın törətdiyi təxribatdan sonra informasiya sahəsində ölkəmizə qarşı ciddi kampaniya başlayıb. Kampaniyanın məqsədi Azərbaycanı təcavüzkar və işğalçı kimi qələmə verməkdir.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloqun sözlərinə görə, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə aparan dairələr Ermənistandan Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün istifadə edir:

“Bu kampaniya erməni lobbisi və onlarla əməkdaşlıq edən müxtəlif dairələr tərəfindən əvvəlcədən planlaşdırıldığı üçün əlbəttə ki, bunlara cavab vermək müəyyən zaman aldı. Ancaq biz bu mərhələdə həm də ölkə daxilində və xaricdə düşmən dəyirmanına su tökən azərbaycanlıları gördük. Bunlar da Azərbaycanı Ermənistana təcavüz etməkdə günahlandırırdılar. Lakin həqiqət budur ki, Ermənistan indiyədək Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Bundan başqa öz hərbi birləşmələrini ölkəmizin ərazisindən çıxarmaqdan imtina edir, eyni zamanda, 10 noyabr bəyanatı başda olmaqla, bütün razılaşmalardan, delimitasiya və demarkasiyadan boyun qaçırır və Qazaxın yeddi kəndini, Naxçıvanın Kərki kəndini hələ də geri qaytarmayıb. Sərhədləri dəqiqləşdirmədən Azərbaycanı təcavüzdə günahlandırmaq heç bir məntiqə sığmır. Azərbaycan Ordusu ərazimizə soxulan, mövqelərimizi atəşə tutan Ermənistan ordusuna cavab verib və BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, legitim hərbi hədəfləri məhv edib”.

Onun sözlərinə görə, hazırda Cənubi Qafqaz uğrunda böyük güc mərkəzləri arasında siyasi və diplomatik sahədə mübarizə güclənir:

“Azərbaycanı öz istəklərinə razı salmaq istəyən mərkəzlər Ermənistanı təxribata sövq edir, dövlətimiz bunun cavabını verəndə isə onu təcavüzkarlıqda günahlandırırlar. Ona görə xüsusilə informasiya sahəsində ayıq olmalıyıq. Bu gün Ceyhun Bayramov və Mirzoyan arasında Cenevrədə görüş keçiriləcək, Praqadakı sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan ilə Paşinyan arasında da görüş baş tuta bilər. İnformasiya sahəsində də düzgün koordinasiya, məlumatlandırma və fəaliyyət ilə düşmənin bütün hiylələrini pozacağımıza əminəm”.

Teqlər: