Bu, Azərbaycanla əlaqələri yaxşılaşdıracaq – SEPAH

Bu, Azərbaycanla əlaqələri yaxşılaşdıracaq – SEPAH

Rəşt-Astara və Çabahar-Zahidan dəmir yolu xətlərinin tamamlanması İran və Azərbaycan arasında əlaqəni yaxşılaşdıracaq.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında məlumat yayılıb.

“Rəşt -Astara və Çabahar-Zahidan dəmir yolu xətlərinin tamamlanması İran və Azərbaycan arasında əlaqəni yaxşılaşdıracaq, Hindistan isə qərb marşrutu ilə Avrasiyanın istənilən hissəsinə daha asan çıxış əldə edə biləcək”, – paylaşımda bildirib.

Həmçinin qeyd olunub ki, marşurut Hindistan üçün böyük imkanlar açacaq.

Teqlər: