Bu, Azərbaycan futbol tarixində növbəti şanlı səhifədir

Bu, Azərbaycan futbol tarixində növbəti şanlı səhifədir

Avropa Liqasının qrup mərhələsinin sonuna bir oyun qalmış qitə səhnəsində çıxışımızı davam etdirəcəyimiz, minimum UEFA Konfrans Liqasında mübarizə aparacağımız qətiləşdi. Bu, Azərbaycan futbol tarixində “Qarabağ”ın yazdığı növbəti şanlı səhifədir.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl “Molde” bərabərliyindən danışarkən deyib.

“Çətin Norveç səfərində qazandığımız 1 xalla turnirdə növbəti mərhəyə çıxmaq şansımızı biraz da gücləndirdik. Hər zamankı kimi meydanda mübariz, cəsarətli, son ana qədər döyüşən bir “Qarabağ” gördük. Bu, məni çox sevindirdi. Komandamın göstərdiyi oyun, qazandığı nəticələr, ortaya qoyduğu birlik ruhu Qurban Qurbanovun şah əsəridir”, – T.Gözəl vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heçə-heçə edib – (2:2).

Teqlər: