Bu ayın sonu Rusiya ordusunun çöküşünü görəcəyik

Bu ayın sonu Rusiya ordusunun çöküşünü görəcəyik

Rusiyanın hərbi resursların çatışmazlığı ilə bağlı ciddi problemləri var.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko çıxış edib.

Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin rusların hərbi anbarlarına endirdiyi son zərbələr rusların effektiv və uğurlu hücum əməliyyatları həyata keçirməsinə ciddi təsir göstərir:

“Rusiyanın Donbasdakı hücumu artıq səngiyib və cəbhənin bəzi sektorlarında Ukrayna Silahlı Qüvvələri əks hücuma keçir. Bu, hələ başlanğıcdır. Əminəm ki, artıq iyulun sonu və avqustun əvvəlində biz Rusiyanın işğalçı bölmələrinin həm idarəetmə sisteminin, həm də dəstək sisteminin həqiqi çöküşünü görəcəyik”.

Teqlər: