Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində – “Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metrostansiyası – Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.

Teqlər: