Bu avtobusların intervalı 1 saatdan 25 dəqiqəyə endirildi

Bu avtobusların intervalı 1 saatdan 25 dəqiqəyə endirildi

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bu barədə Bakı Bus MMC məlumat yayıb.

“Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 1 saatdan 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb”, – deyə məlumatda qeyd olunub.

Teqlər: