Bu, Avropada ən böyük iqtisadi layihə olmalıdır

Bu, Avropada ən böyük iqtisadi layihə olmalıdır

Ukraynanın bərpası Avropada ən böyük iqtisadi layihə olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz İsveçrənin Luqano şəhərində xüsusi konfransın başlanmasına fəal şəkildə hazırlaşırıq. Ölkəmizin bərpasına həsr olunmuş genişmiqyaslı beynəlxalq tədbir… Nəinki işğalçıların məhv etdiyi hər şeyi bərpa etmək, həm də Ukrayna üçün təhlükəsiz, müasir, rahat və maneəsiz həyatımız üçün yeni təməl yaratmaq lazımdır. Bunun üçün nəhəng investisiyalar – milyardlarla vəsait, yeni texnologiyalar, qabaqcıl təcrübələr, yeni institutlar və əlbəttə ki, islahatlar lazımdır”, – Zelenski vurğulayıb.

Teqlər: