Bu, artıq qlobal çağırışdır – Siyarto

Bu, artıq qlobal çağırışdır – Siyarto

Biz terrorla qlobal səviyyədə mübarizə aparmalıyıq. Aydın məsələdir ki, bu, artıq qlobal çağırışdır və bununla mübarizə aparmaq üçün beynəlxalq qarşılıqlı əlaqələrin qurulmasına ehtiyac var.

AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto Moskva vilayətindəki “Krokus” teraktından danışarkən deyib.

O qeyd edib ki, Macarıstan faciəni təsvir edən fotoşəkil və videolardan şoka düşüb və baş vermiş terror aktını ən sərt şəkildə qınayır.

Teqlər: