Bu, Almaniyanın etibarını şübhə altına alır – Senator

Bu, Almaniyanın etibarını şübhə altına alır – Senator

Berlinin Ukraynaya hərbi yardımı artırmaq istəməməsi Almaniyanın NATO üzvü kimi etibarlılığına dair suallar doğurur.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Texasdan olan respublikaçı senatoru Con Kornin deyib.

“Ümid edirəm ki, Almaniya Ukraynaya dəstəyi daha aqressiv şəkildə artırmağın yollarını tapacaq. Görəsən, alyans təhlükə altında olsaydı, bu, NATO razılaşmaları kontekstində nə demək olardı?!”

Qeyd edək ki, Almaniya Ukraynaya hərbi dəstək məsələsində bir çox təzyiqlərə baxmayaraq, daha həssas mövqe sərgiləyir. Hətta Ukraynaya hava və su kimi lazım olan “Leopard” tanklarının tədarükünü xeyli ləngidir.

Teqlər: