Bu addım Ukraynanı dağıdacaq – Lutsenko

Bu addım Ukraynanı dağıdacaq – Lutsenko

Yeni səfərbərlik qanun layihəsinin təbliği, müzakirə olunma tərzi və ona bəzi dəyişikliklər etməyə cəhd – mənə elə gəlir ki, son dərəcə bədxassəli yanaşmadır və ciddi daxili problemlərə gətirib çıxara bilər.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbçi və keçmiş xalq deputatı İqor Lutsenko deyib.

Onun fikrincə, hakimiyyət tərəfindən izahatların və əlaqənin olmaması rusların həqiqətən də istədiyi ciddi daxili problemlərə səbəb ola bilər:

“İndi əslində kimin, necə və hansı ardıcıllıqla vətən uğrunda həlak olacağına qərar verilir. Və belə anlaşılır ki, qanun layihəsinə görə öz üzərinə məsuliyyət götürməyi bacaran insanlar yoxdur”, – Lutsenko bildirib.

Qeyd edək ki, Ukraynada səfərbərlik haqqında qanun layihəsi bir müddətdir müzakirə olunmaqdadır. Qanun layihəsinin konstitusiyanın müəyyən müddəaları ilə ziddiyyət təşkil etdiyi bildirilir.

Teqlər: