Regionda bu cür böyük zəlzələ 500 il əvvəl qeydə alınıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin tanınmış mütəxəssisi Naci Görür deyib.
Görür güclü zəlzələnin olacağı barədə dəfələrlə xəbərdarlıq etdiyini, lakin heç kimin ona qulaq asmadığını bildirib.
“Yenidən güclü təkanlar gözlənilir, ona görə də zədələnmiş evlərdə yaşayanlar oraları tərk etməlidir”, – mütəxəssis bildirib.