BSU-da yeni təyinat olub

Zeynəb Kazımova Bakı Slavyan Universitetinin (BSU) yeni
yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri təyin
edilib.

Trend xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım
edib.

“Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və
informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə
əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu
Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri
koordinasiya edəcək. Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə
həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri –
sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək
səviyyədə olacağına əminəm. Bundan əvvəlki qurumlarda olduğu kimi,
burada da təmsil etdiyim qurumun nüfuzunun qorunması, media ilə
işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla
yanaşılması prinsiplərinə sadiq qalıram. Hər zamankı kimi, üzərimə
düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma,
dövlətimə faydalı olmağı davam etdirəcəyəm”, – deyə o qeyd
edib.

Teqlər: