BSB Tam Orta İnnovasiyalar Məktəbi şəhid övladların təhsil xərclərini öz üzərinə götürüb (FOTO)

2021-2022-ci tədris ilində BSB Tam Orta İnnovasiyalar Məktəbi vətən müharibəsi şəhidlərinin – Azərbaycan Ordusunun mayoru Suleymanov Eminin, Azərbaycan Ordusunun kiçik çavuşu İsmayılov Zöhrabın və Azərbaycan Ordusunun giziri Kəlbiyev Telmanın övladlarının xərclərinin tam ödənişinin qarşılanmasını öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi (British School in Baku) 2007-ci ildən etibarən fəaliyyət göstərir. Məktəb, Britaniya təhsil standartlarına cavab verən, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris plan və proqramını tətbiq edən özəl məktəbdir. “BSB” Tam Orta İnnovasiyalar Məktəbinin məzunların əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil alır.


“BSB” Tam Orta İnnovasiyalar Məktəbi yeganə məktəbdir ki, məzunlara Azərbaycanın milli Attestatı ilə yanaşı, beynəlxalq İGCSE və A Level diplomları da verir. Məktəbdə yerli müəllimlərə yanaşı, 40-dan çox yüksək ixtisaslı xarici müəllimlər də çalışır.

Teqlər: