Brüsseldə Mərakeş tərəfdarları iğtişaşlar törətdi

Brüsseldə Mərakeş tərəfdarları iğtişaşlar törətdi

Belçikanın paytaxtı Brüsseldə Mərakeş icmasının dünya çempionatında qələbəni qeyd etməsi şəhərdə iğtişaşlara səbəb olub.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, iştirakçılarla polislər arasında ciddi qarşıdurma baş verib.

Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə məcbur olub.

Midi və Lemonne bulvarlarındakı iğtişaşlar zamanı bir neçə avtomobilə ziyan dəyib, işıqforlar sökülüb. Hadisə zamanı belçikalı jurnalistin üzünə pirotexniki vasitə çırpılıb, nəticədə o, yanıq xəsarəti alıb.

Təxminən 2 saat davam edən iğtişaşlardan sonra şəhərdə vəziyyət sabitləşib.

Qeyd edək ki, bu gün Qətərdə dünya çempionatının F qrupunda Mərakeş yığması Belçikanı 2 – 0 hesabı ilə üstələyib.

Teqlər: