Brüsseldə konsert zalında terror aktına cəhd edildi

Brüsseldə konsert zalında terror aktına cəhd edildi

Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 ekstremist həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb.

“Belçika polisinin Brüsseldə keçən həftəsonu həbs etdiyi dörd şübhəli konsert zalında terror aktı törətməyi planlaşdırırdı. Polisin fəaliyyəti sayəsində terror aktının qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi”, – prokurorluğun bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün Belçika polisi terror aktına hazırlıqla bağlı aparılan istintaq çərçivəsində biri azyaşlı olmaqla, 4 nəfərin həbs edildiyini açıqlayıb.

Teqlər: