Brüsseldə delimitasiya komissiyalarının iclası başladı

Brüsseldə delimitasiya komissiyalarının iclası başladı

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Tvitterdə paylaşım edib.

“AB tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, – Sannino bildirib.

Xatırladaq ki, komissiyalara baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan rəhbərlik edir.

Teqlər: